Xeyriyyəçilik beynəlxalq inkişaf sahəsində getdikcə daha mühüm rol oynayır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) son qiymətləndirməsində inkişaf layihələrinə yönələn xeyriyyə vəsaitlərinin əvvəlki hesablamalardan daha yüksək olduğunu açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, dünyada milyonçu və milyarderlərin sayı, eləcə də onların sərvəti artır. Bu isə onların təhsil, səhiyyə, yoxsulluqla mübarizə və digər qlobal problemlərin həllinə daha çox maliyyə ayırmasına imkan yaradır.

Bununla yanaşı, varlı şəxslərin beynəlxalq inkişaf siyasətinə artan təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bununla belə, ekspertlər hesab edirlər ki, qlobal yardımın gələcəyində fərdi xeyriyyəçilər və iri fondlar mühüm rol oynamağa davam edəcək.

Məqalədə həmçinin beynəlxalq inkişaf sahəsində yeni tendensiyaları formalaşdıran üç tanınmış xeyriyyəçi və üç böyük xeyriyyə fondunun rəhbərinin fəaliyyəti təqdim olunur.