Google Gemini süni intellekt modellərinin daha sürətli və səmərəli işləməsi üçün yeni server çipi hazırlayır. Yeni çipdə Gemini modelinin bəzi elementləri birbaşa avadanlığa inteqrasiya olunacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni çip süni intellekt sahəsində yaranmış hesablama gücü çatışmazlığını azaltmağa kömək edəcək. Google-un çipi 2028-ci ildən istifadəyə verməsi planlaşdırılır və hazırda onun dizaynı üzərində işlər davam edir.
Məlumata görə, “Frozen v2” adlandırılan çip Google-un hazırkı süni intellekt çiplərindən enerji səmərəliliyinə görə 6–10 dəfə üstün ola bilər. Bu da Gemini xidmətlərinin daha sürətli və daha az enerji sərf etməklə işləməsini təmin edəcək.
Google bildirib ki, layihə şirkətin mövcud TPU çiplərini əvəz etməyəcək, əksinə onları tamamlayan yeni nəsil həll olacaq.






