QHT layihə çərçivəsində növbəti seminarını keçirib - FOTOLAR
“Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar Şirvan şəhər Gənclər Evində təşkil edilmişdir.
QHT.az xəbər verir ki, seminarda Şirvan şəhər sakinləri iştirak etmişlər.
Seminarı ekspert Əli Mirzəyev aparmışdır. Tədbirdə iştirakçıların diqqətinə təqdimat çatdırılmışdır. Təqdimatda “ictimai nəzarət” anlayışı, ictimai nəzarətin qanunvericilik bazası, Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin vacibliyi barədə söylədiyi fikirlər, Qeyri Hökumət Təşkilatlarının, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə rolu və s. barədə məlumatlar verildi.
Müzakirələrdə X. Nağıyev, E. Əsədov “Kənd evləri” yaşayış massivində kanalizasiya sisteminin olmaması səbəbindən əhali çətinliklər çəkir. B. Quiyev qeyd etdi ki, şəhər qəbirstanlığı baxımsızdır, ev heyvanları əraziyə daxil olur, məzarlara ziyan vurur. Bələdiyyəyə dəfələrlə müraciət etmişik, problem qismən həll olunub, amma ciddi nəticəsi olmayıb. M. Fərəcov bildirdi ki, uzun illər əvvəl bələdiyyəyə pul ödəyib yurd yeri almışıq, amma ev tikməyə icazə vermirlər ki, ərazi ev tikmək üçün münasib deyil. İndi ödədiyimiz pulu da geri ala bilmirik. Şəhər sakini Ə. Rüstəmov bildirdi ki, biz Su İdarəsi, Qaz İdarəsi, İşıq İdarəsi, şəhər Prokurorluğu və digər dövlət qurumlarının adi telefon nömrəsini bilmirik, təkcə Polis İdarəsinin 102 nömrəsini bilirik, ora da zəng edəndə Daxili İşlər Nazirliyinə düşür və bu zaman əlavə problemlər yaranır. Milliyətcə rus olan Vladimir Kaunov Musiqi məktəbinin acınacaqlı vəziyyətindən danışdı.
Çay fasiləsi zamanı müzakirələr davam etdirildi.