Xəbərlər 26.06.2025 11:50 46

Masallının 2 komandası voleybol liqasının finalında...

Masallının 2 komandası voleybol liqasının finalında...

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə keçirilən ənənəvi Tüklə Voleybol Liqasına yekun vurulub. 
Bakı şəhərində təşkil olunan növbəti turnir AİJA-nın 30 illik yubileyinə həsr olunub. 
2025-ci il mövsümünün yarışlarında altı yerli və bölgə komanda iştirak edib. Tanınmış idmançıların, eləcə də həvəskar voleybolçuların qatıldığı turnir maraqlı mübarizə şəraitində davam edib. 
Final görüşündə Masallı rayonunu təmsil edən iki komanda qarşılaşıb. “Kidol” (Tüklə) “Qartal” (Masallı) komandasına 3-1 hesabı ilə qalib gələrək çempion adına sahiblənib. “Məhəmmədabad”ı məğlub edən “Zəfər” (Bakı) isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar təşkilat komitəsinin kubok, medal və diplomları ilə təltif olunub.
AİJA-nın prezidenti Eldar İsmayılov bildirib ki, artıq üçüncü dəfədir ki, keçirilən turnirin təşkilində məqsəd voleybol idman növünün təbliği, paytaxtla yanaşı region idmançıları arasında əlaqələrin möhkəmlənməsi, idmanın kütləviliyinin təmin edilməsidir. 

 

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı