Xəbərlər 18.06.2025 14:00 19

Yanvar-may aylarında əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib

5 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib.

Onlardan 4,2 mindən çoxu  təkərli oturacaq (o cümlədən 41-i mühərrikli təkərli oturacaq), 1,1 mini aşağı və yuxarı ətraf protezi, 2,7 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 4,1 min cüt protez və ortopedik ayaqqabı, 560-dan çox eşitmə aparatı, korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Yanvar-may aylarında əlilliyi olan 7,6 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı