Masallı UGİŞM-nin voleybol komandası respublika üçüncüsüdür
Masallı UGİŞM-nin voleybol komandası respublika üçüncüsüdür
“Təhsil” Respublika İdman Mərkəzinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə voleybol idman növü üzrə respublika birinciliyinə yekun vurulub.
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası Azərbaycan birinciliyinin bürünc mükafatına sahib olub.
Altı gün (6-11 iyun) 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarışlarda uşaq-gənclər idman-şahmat məktəblərinin komandaları mübarizə aparıb.
7 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi birinci, 2 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi ikinci, Masallı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası üçüncü yerə layiq görülüb.
Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq dərəcəli diplom, medal və kubokla təltif olunublar.
Masallı UGİŞM-nin komandasını yarışlara məktəbin məşqçi-müəllimləri Maşallah Cahangirov və Çingiz Ağayev hazırlayıb. Respublikanın Əməkdar məşqçisi, məktəbin veteran müəllimi Süfəddin Məmmədovun komandaya dəstəyini xüsusi qeyd etmək lazımdır.
Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd voleybol idman növünün təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsi, şəhər və respublika yarışlarında iştirak etmək üçün mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsidir.
Akif AĞAYEV