Xəbərlər 02.07.2025 17:46 67

Masallıda Polis Günü qeyd olunub

Masallıda Polis Günü qeyd olunub

 

İyulun 2-də, Masallı rayonunda Azərbaycan Polisinin yaranmasının 107 illiyi münasibətilə tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon Polis şöbəsinin rəisi Azay Ağayev, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının xidmətlərindən, polis işçilərinə dövlətin diqqət və qayğısından danışılıb, xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman təqdim olunub.

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı