Xəbərlər 23.05.2025 20:49 91

İltizam Yusifov: Şirvan futbolu ölkə gündəmində, ölkə televiziyasında.

Əziz dostlar!
Dünən AFFA 2025-ci il Reqion liqasının Final oyunu Qəbələ şəhərində baş tutdu. Ölkənin 54 futbol komandasının iştitakı ilə keçirilən Region liqasının 2025-ci il mövsümü Xankəndi və Şirvan futbol komandalarının final oyunu ilə başa çatdı. 

 

Qarabağımızın, doğma, hər birimizə əziz Xankəndinin futbol komandası qələbə qazanaraq 2-ci liqaya birbaşa vəsiqə aldı. Xankəndi komandasını təbrik edirəm. 
 

Finalda oynayan "Şirvan" FK isə xüsusi alqışa layıqdir. 
 

Müstəqilliyimiz tarixində ilk dəfə kollektiv, kütləvi, böyük azərkeş çəlb edən idman növü olan futbolda gümüş medall qazanmaq olduqca böyük nailiyyətdir. Mən "Şirvan" FK-nın bütün heyətini, rəhbərliyini təbrik edirəm. Onlara gələcəkdə böyük uğurlar arzulayıram və davam deyirəm.
 

Şirvan şəhər azarkeşləri isə mövsüm ərzində xüsusi fəallıq göstərdilər. Onlara xüsusi alqış!
Bu gün ölkəmizin ən iri şəhərlərindən olan Şirvanın adının bu gün mətbuatda, televiziyada yaxşı nailiyyətlər səbəbindən hallanması olduqca qürurvericidir. Bəli, bir daha deyirəm: Şirvanın şəhər olaraq bütün sahələrdə olduqca böyük potensialı var. Buyurun, bu da nəticə.

 

Bu mövzunu davam etdirəcəm....
 

Qisa videoni, möhtəşəm görüntüləri lütfən izləyin. Müstəqilliyimiz tarixinda İlk dəfə olaraq Şirvan futbolu ölkə gündəmində, ölkə televiziyasında. Gözəl səslənir. Azərkeş dəstəyinə fikir verin.
 

İltizam Yusifov
VI çağırış MM Deputatı
T.e.f.Doktoru
Əməkdar Mühəndis


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı