Kosmik tullantılar gələcəyimizi yavaş-yavaş yıxır: QHT sədrindən XƏBƏRDARLIQ!
“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında kosmik tullantıların və peyklərin toqquşmasının kosmik fəaliyyətlər üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, kosmosa əsaslanan texnologiyaların gündəlik həyatımıza artan təsiri ilə bu problemlərin həlli daha da vacib hala gəlir:
"Zibilin izlənməsi, azaldılması strategiyaları və təmizləmə texnologiyalarının işlənib hazırlanmasında irəliləyiş əldə olunsa da, problem artmaqda davam edir. Beynəlxalq əməkdaşlıq, texnoloji innovasiyalar və ciddi təlimatların həyata keçirilməsi kosmik tullantıların effektiv idarə edilməsi və azaldılması üçün vacibdir. İrəlilədikcə, kosmosun tədqiqi və istifadəsinin faydalarını kosmos mühitinin məsuliyyətli idarə edilməsi ilə balanslaşdırmaq gələcək nəsillər üçün kosmosa təhlükəsiz və davamlı çıxışı təmin etmək üçün çox vacib olacaqdır. Hər zaman bu barədə ictimaiyyəti məlumatlandırmaq lazımdır. Bunun üçün isə daim KİV-lərdə kosmik tullantılarla bağlı məlumatlar verilməlidir".
Pərvanə Fərhadqızı