Xəbərlər 28.04.2025 18:30 117

Mediasiya Şurasının üzvləri "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri" mövzusunda konfransda iştirak edib - FOTOLAR

Mediasiya Şurasının üzvləri "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri" mövzusunda konfransda iştirak edib.

QHT.az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri" mövzusunda konfrans keçirilib.

Konfransda Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvü Sima Yagub, İdarə Heyəti sədrinin müşaviri Ali Farzaliyev, İntizam Komissiyasının sədri Mayıl Bayramov, İntizam Komissiyasının üzvləri Venera Əsgərova, Orxan Mahmudov, Esmira Rzayeva, Bakı 9 Saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibova iştirak edib.

Konfrans çərçivəsində əməyin mühafizəsi, süni intellekt və rəqəmsallaşma mövzularında panel müzakirələr aparılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı