Kürdəmirli oxucular Xalq yazıçısı Çingiz Abdullayevlə görüşüb - FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Kürdəmir şəhərində Xalq yazıçısı Çingiz Abdullayevlə oxucu görüşü təşkil edib.
QHT.az xəbər verir ki, Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbdə baş tutan tədbiri muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq yazıçının zəngin yaradıcılığından və siyasi detektiv janrındakı töhfələrindən danışıb. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov da çıxış edərək Prezident İlham Əliyevin yazıçılara verdiyi dəyəri vurğulayıb.
Görüşdə “Dronqo” və “Tərsinə çevrilən dünya” filmlərindən fraqmentlər nümayiş olunub, şagird Mehri Ağazadə Xalq şairi Qabilin “Zəhmətkeş” şeirini səsləndirib. Çingiz Abdullayev oxucuların suallarını cavablandırıb, ölkə və dünya gündəmi ilə bağlı fikirlərini bölüşüb. Tədbirin sonunda yazıçıya gül dəstələri təqdim olunub, oxucular isə onunla xatirə şəkilləri çəkdirib və imzalı kitablar əldə ediblər.
Pərvanə Fərhadqızı