Xəbərlər 24.04.2025 12:30 101

"Oxuyun... Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz" - QHT sədri / FOTO

Neftçalada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunub.

QHT.az xəbər verir ki, 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində yaddaqalan və səmimi tədbir təşkil olunub. Tədbirdə Neftçala Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri, yazar Gülqədəm Mirzəzadə, rayonun mütaliəsevər insanları və yerli yazarlar iştirak ediblər.

Gülqədəm Mirzəzadə tədbirdə çıxışı zamanı oxumağın insan həyatındakı önəminə toxunaraq vurğulayıb:
"Oxuyun... Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz."

Tədbir "Kitab ətirli insanlar" adı altında keçirilərək kitabsevərləri bir araya gətirib, onların fikir mübadiləsinə və yeni ədəbi baxışlarla tanış olmasına imkan yaradıb. Sonda iştirakçılar bir-birilərini təbrik edib, bu cür tədbirlərin mütaliə mədəniyyətinin inkişafına böyük töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildən UNESCO tərəfindən təsis olunub və Azərbaycanda 1997-ci ildən etibarən qeyd olunur.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı