Xəbərlər 23.04.2025 18:41 81

İstanbulda zəlzələdən sonra məktəblər iki gün bağlanıb

Türkiyənin təhsil naziri Yusuf Tekin İstanbulda məktəblərin cümə axşamı və cümə günləri bağlanacağını açıqlayıb.

QHT.az xəbər verir ki, o əlavə edib ki, şəhər məktəblərində ciddi insidentlər barədə heç bir məlumat yoxdur və məktəb bağçaları təhlükəsiz yerlər kimi ictimaiyyət nümayəndələri üçün açıq olacaq.

Bundan əvvəl məlum olmuşdu ki, İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 151 nəfər xəstəxanaya yerləşdirilib. Ölən və yaralananlar barədə məlumat yoxdur. 

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı