Xəbərlər 24.04.2025 14:30 92

"Xəzər dənizi geri dönməz dayazlaşma mərhələsinə qədəm qoyur" -  Tədqiqatçı alim

“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin idarə heyyətinin üzvü, tədqiqatçı alim Elşən Əhmədov Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı ciddi xəbərdarlıq edib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu dəyişikliklər yalnız ekoloji deyil, həm də iqtisadi və sosial sahələrdə böyük itkilərə səbəb olur:

"Xəzər dənizinin suyunun azalması balıq azalmasına, limanların ticarətsiz qalmasına, beləcə milyardların itirilməsinə və həyat səviyyəsinin aşağı düşməsinə bir başa təsir gösətərir. Hələ turizmdə qarşılaşılacaq problemləri demirəm. Beynəlxalq araşdırma tərəfindən təsdiqlənən proqnozlar bir daha həyəcan siqnalını çalmağa əsas verir. Belə ki, nature jurnalında dərc olunan yeni araşdırmada Xəzər suyunun sürətlə dayazlaşması və bunun nəticəsi kimi həm təbiət, iqtisadiyyat və insanlar üçün fəsada və yaxud fəlakətə yol açacağı gizlədilmir. 2005-ci ildən 2023-cü ilə qədər Xəzər dənizinin səviyyəsi artıq 185 sm, su sahəsi isə 31 min km2 azalıb və bu yalnız başlanğıcdır".

Elşən Əhmədov bildirib ki, araşdırmanın ssenarisinə əsasən əgər dənizdə su itkisi 5 metr olarsa Xəzər suitilərinin çoxalma sahəsi 81% azalacaq, demək olar ki, bütün dəniz mühafizə zonaları əhəmiyyətini itirəcək, 10 metr olarsa dəniz şəhərlərdən çəkiləcək, məsələn, Aktau şəhəri dənizdən 89 km aralıda qalacaq, daha bətəri isə nərə balıqlarının kürü tökmə yerləri yox olacaq:

"18 metr olarsa 143.000 km' su yox olacaq və beləcə dənizin üçdə biri səhraya çevriləcək, eyni zamanda, regionun itkiləri ildə 10 milyard dollar təşkil edəcək. 33 metr olarsa ən təhlükəlisi isə bəzi tədqiqatın nəticəsinə görə suyun səviyyəsi 2050-ci ilə qədər mənfi 33 metr kritik səviyyəyə düşə bilər. Nəticədə isə, biomüxtəliflik və ekosistem, gəmiçilik və balıqçılıq, sahilyanı şəhərlər və kənd təsərrüfatı torpaqları əziyyət çəkəcək. Xəzəryanı ölkələr ilə birlikdə beynəlxalq sazişlərin, qayda və qanunların çox vaxt itkisi olmadan birgə adaptasiya planının hazırlanması bu istiqamətdə atılacaq addımların vacib elementidir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı