Ərkivanda “Şəhidlər Bulağı” abidə kompleksi təmir edilir - MASALLIDA
Ərkivanda “Şəhidlər Bulağı” abidə kompleksi təmir edilir - MASALLIDA
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ərkivan qəsəbəsində “Şəhidlər Bulağı” abidə kompleksində aparılan əsaslı təmir işləri ilə tanış olub.
Rayon rəhbəri təmir işləri ilə əlaqədar tövsiyə və tapşırıqlarını verib, lazım olan hər cür dəstəyin göstəriləcəyini iş icraçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, abidə kompleksi 2003-cü ildə xeyriyyəçi-şair Gülağa Tənhanın (Gülağa Qənbərovun) təşəbbüsü və şəxsi vəsaiti hesabına tikilib.
Hazırda abidə kompleksində aparılan əsaslı təmir işləri Masallı Rayon İcra Hakimiyyətinin daxili imkanları və xeyriyyəçilərin maliyyə dəstəyi ilə həyata keçirilir.
Akif AĞAYEV