Qəhrəman şəhidimiz Nicat Quliyevin doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Nicat Nüşrəvan oğlu Quliyev 1985-ci il aprelin 8-də Yevlax şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşlərdə savaşıb və 30 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Nicat Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!