Müavinətlər üzrə 183 mln. manat, Prezident təqaüdləri üzrə 116 mln. manat ödənilib
Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 470 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 183 mln. manat, Prezident təqaüdləri üzrə 116 mln. manat ödənilib.
Cari ilin iki ayında 28 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 750 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.