Xəbərlər 06.03.2025 13:36 161

İordaniya-Suriya sərhədində qaçaqmalçılarla silahlı toqquşma: itkilər var

İordaniya sərhədçiləri Suriya ilə sərhəddən qanunsuz keçməyə cəhd edən silahlı qaçaqmalçılarla toqquşub.

QHT.az xəbər verir ki, dörd qaçaqmalçı öldürülüb, digərləri isə Suriya ərazisinə geri çəkilib. İordaniya ordusunun məlumatına görə, qaçaqmalçılar qalın duman və əlverişsiz hava şəraitindən istifadə edərək sərhədi keçməyə çalışıblar. Hadisə zamanı külli miqdarda narkotik və silah ələ keçirilib.

İordaniya və Suriya yanvar ayında sərhəd təhlükəsizliyi və qaçaqmalçılıqla mübarizə üçün birgə təhlükəsizlik komitəsi yaratmaq barədə razılığa gəliblər.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı