Xəbərlər 23.04.2025 11:30 117

"Əlilliyi olan uşaqların zorakılığa qarşı mübarizəsində xüsusi dəstəyə ehtiyac var" - QHT sədri / VİDEO

Zorakılıq kimliyindən və formasından asılı olmayaraq hər kəs üçün ağrılı və sarsıdıcıdır.

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova QHT.az-a açıqlamasında bildirib ki, bu vəziyyətdən xilas olmaq hər kəs üçün çətin olsa da, əlilliyi olan uşaqlar üçün proses daha da ağır və mürəkkəbdir:

"Fiziki və psixoloji məhdudiyyətləri olan uşaqlar çox zaman zorakılıq hallarını bildirməkdə və müvafiq orqanlara müraciət etməkdə ciddi çətinliklərlə üzləşirlər. Məsələn, eşitmə və nitq məhdudiyyətli bir uşaq hüquq-mühafizə orqanlarına müraciət etsə belə, ünsiyyət qurmaqda çətinlik çəkə bilər. Bu səbəbdən də bu kateqoriyadan olan uşaqlar üçün əlçatan və xüsusi xidmətlərin olması həyati əhəmiyyət daşıyır".

Kəmalə Aşumova vurğulayıb ki, zorakılığa məruz qalan, diləndirilməyə məcbur edilən, təhsildən yayındırılan, erkən nikaha sövq edilən və ya belə halların şahidi olan hər kəs Sosial, Psixoloji və Hüquqi yardım üçün müraciət edə bilər.

Uşaq Qaynar Xətti:  116111
SMS və WhatsApp əlaqə nömrələri:

  • 050 680 22 80
  • 051 880 11 80
  • 051 880 22 80
  • 051 580 22 80

“Dəstəyimiz qaranlığa işıqdır, yardım isə telefon qədər yaxındır. Hər uşağın təhlükəsiz və güvənli yaşamaq hüququ var!” – deyə QHT sədri əlavə edib.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı