Xəbərlər 25.02.2025 12:56 135

Maskın departamenti ABŞ hökumətinin xərclərini 65 milyard dollar azaldıb

QHT.az xəbər verir ki, İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi İdarəsi (DOGE) ilin əvvəlindən hökumət xərclərini 65 milyard dollar azaldıb.

“DOGE üçün ümumi təxmin edilən qənaət 65 milyard dollar təşkil edir ki, bu da bir neçə amilin nəticəsidir: saxtakarlığın aşkarlanması və həlli, müqavilələrin və icarələrin ləğvi və ya yenidən müzakirəsi, aktivlərin satışı, qrantların ləğvi, işçilərin ixtisarı, proqram dəyişiklikləri və tənzimləyici xərclərin azaldılması tədbirləri”. Bildirilir ki, departament dövlət xərclərinin optimallaşdırılması ilə bağlı bütün halları “aydın və tam şəffaf formatda” dərc edəcək.

Yanvarın 20-də andiçmə mərasimindən sonra Donald Tramp Maskı DOGE-nin rəhbəri təyin etdi. Bu struktur ABŞ-ın büdcə xərclərinin geniş miqyaslı auditinə başlayıb. Ümumilikdə Musk dövlət xərclərini 2 trilyon dollar azaltmağı gözləyir.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı