Səməd Vəkilovdan Heydər Əliyevin xarici siyasət kursu haqqında AÇIQLAMA
"Müvəkkil Hüquq Mərkəzi"nin sədri Səməd Vəkilov 12 dekabr – Beynəlxalq Neytrallıq Günü və eyni zamanda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı QHT.az-a özəl açıqlama verib.
Səməd Vəkilov bildirib ki, Heydər Əliyev, Azərbaycanın ən ağır dönəmində xalqın tələbi ilə hakimiyyətə gələndə, ölkənin xarici siyasət kursunda balanslaşdırılmış neytral siyasət irəli sürdü. O, həmin dövrün siyasi şəraitini təhlil edərək, qeyd edib ki, Qafqazda Rusiya ilə Qərb arasında nüfuz mübarizəsi gedirdi. Eyni zamanda, Qarabağ münaqişəsi və Neft sazişinin bağlanmasına olan ümidlər Azərbaycanın xarici siyasətində mürəkkəb bir vəziyyət yaratmışdı. Bu kontekstdə Heydər Əliyevin seçdiyi neytral mövqe, ən doğru yanaşma idi.
O, bu siyasətin Azərbaycanın beynəlxalq münasibətlərində faydalı olacağına inandığını və xüsusilə bu zamanlarda neytrallığın və balanslaşdırılmış siyasətin çox əhəmiyyətli olduğunu vurğulayıb. Səməd Vəkilov bu kursun ölkənin maraqlarını qorumaq üçün ən optimal yol olduğunu bildirib.
Pərvanə Fərhadqızı