Şəhid övladı Beynəlxalq Olimpiadada qızıl medal qazandı
Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Azərbaycanı bir daha qürurlandırdı. 15 dekabr 2024-cü il tarixində keçirilən IMEC Online Riyaziyyat Olimpiadasında Araz, qızıl medal qazanaraq, gələn ilin aprel ayında Avstraliyanın Sidney şəhərində keçiriləcək IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak hüququ əldə edib.
QHT.az olaraq Azərbaycanın adını beynəlxalq arenada layiqincə təmsil edən Araz Şadmanzadəyə uğurlar diləyir və onun gələcək qələbələrinə inanırıq.