Xəbərlər 05.12.2024 21:06 301

Münaqişə kontekstində Dialoq Uzmanı olmaq istəyən Qadınların nəzərinə! - ELAN

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti I və II Qadın Dialoq Məktəbinə müraciətləri açıq elan edir. Məktəb bir neçə mərhələdən ibarətdir. 

 

  1. 9 günlük təlim sessiyaları (20 iştirakçı)
  2. Seçilən iştirakçılar üçün 2 aylıq mentorluq proqramı (10 iştirakçı) və Fərdi Fəaliyyət Planları
  3.  Avropada bir həftəlik təqaüd proqramı (1 iştirakçı)
  4. Qadın Dialoq peşəkarlarının şəbəkələşməsi və əməkdaşlığı

Təlim mərhələsi 9 günlük saat 10:00-17:00 aralığında 9 öz sahəsinin peşəkarı mütəxəssislər tərəfindən əhatəli təlim proqramını nəzərdə tutur. Təlimlər canlı keçiriləcək. Təlimin keçiriləcəyi məkan Af Mall biznes mərkəzi WSpace ünvanıdır. Təlimlərdə davamlı iştirak digər mərhələlərə keçid üçün mütləqdir. 
Məktəbin bütün mərhələlərində iştirak etməkdə maraqlı olan şəxslər aşağıdakı sənədləri [email protected] ünvanına 6 dekabr 2024-cü il tarixindən gec olmayaraq göndərməklə müraciət edə bilərlər: 
•    Ərizə forması (qoşmada) 
•    CV (sərbəst forma)
Yalnız tam müraciətlər dəyərləndiriləcək. 
Məktəbin bütün mərhələləri ilə ətraflı tanış olmaq üçün istinad şərtləri sənədinə baxa bilərsiniz. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı