Xəbərlər 28.11.2024 07:42 509

"SƏS" qəhrəmanlıq dramının premyerası keçiriləcək

3 dekabr 2024-cü il tarixində saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində “Kitab Evi” İctimai Birliyinin sədri Adilə Nəzərin şəhid Vüsal Vəliyevin həyat və döyüş yolu əsasında qələmə aldığı “Axirətdən gələn səs” qəhrəmanlıq dramı əsasında hazırlanan “SƏS” adlı tamaşanın premyerası baş tutacaq.

Bu barədə “Kitab Evi” İctimai Birliyinin sədri Adilə Nəzərova QHT.az-a bildirib. Onun sözlərinə görə, İftixar Piriyevin quruluşunda təqdim olunan bu səhnə əsəri qeyri-səlis təbəddülat janrında hazırlanıb:

"Tamaşa Azərbaycanın qəhrəmanlıq salnaməsində şərəfli yer tutan, 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərmiş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Tədbirə teatrsevərlər və şəhid ailələri dəvətlidir. Bu premyera, Vətən uğrunda canından keçmiş igidlərimizin unudulmaz qəhrəmanlıq dastanını əks etdirərək, gələcək nəsillərə bir vətənpərvərlik nümunəsi təqdim etməyi hədəfləyir. Tamaşa Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində saat 19.00-da nümayiş olunacaq".

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı