Layihəsi çərçivəsində sahibkarlar forumu və dəyirmi masa keçiriləcək
Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 01 iyun - 31 avqust 2025-ci il tarixlərində Abşeron rayonunda 70 sahibkarın iştirakı ilə forum, panel müzakirəsi və 20 şəhid xanımının iştirakı ilə dəyirmi masa "Yaşıl İqtisadiyyatda, Yaşıl Enerji" layihəsi çərçivəsində keçiriləcəkdir.
QHT.az xəbər verir ki, layihənin məqsədi Post-COP dövründə sahibkarların iqlim dəyişikliyinə və yaşıl enerjiyə inteqrasiyasına dəstək olmaqdır. Forumun məqsədi bu mövzuda sahibkarları narahat edən sualları cavablandırmaq, onların əməkdaşlıq şəbəkəsini yaratmaq, sahibkarların təkliflərini dinləmək və aidiyyəti qurumlarla əlaqələrin yaradılmasını təmin etməkdir. Forumda aidiyyəti qurumların nümayəndələri iştirak edəcək. Forumda sahibkarların təqdimatları da yer alacaq. Sahibkarların beynəlxalq bazara, xüsusilə Afrika bazarına çıxışının təmin edilməsi məqsədilə yeni imkanlar haqqında məlumat veriləcək.
Layihə çərçivəsində həssas əhali qrupuna aid şəxsləri özünəməşğulluq proqramında aktiv iştirak etməyə cəlb etmək və kiçik sahibkarlıqla məşğul olmalarına dəstək verməkdir. Forumda sahibkarların korporativ sosial məsuliyyət çərçivəsində fəaliyyəti müzakirə ediləcəkdir.