Diabetli gənc xəstələrdə ani ölüm riski yüksəkdir: elm adamları
Böyük bir araşdırmanın nəticələrinə görə, diabetli gənclərin qəfil ölüm riski yüksəkdir.
QHT.az xəbər verir ki, Danimarkalı tədqiqatçılar müəyyən ediblər ki, diabet xəstələri eyni yaşda olan sağlam insanlara nisbətən ani ürək ölümünə daha çox məruz qalırlar. Təəccüblüdür ki, xəstəliyin genetik forması olan 1-ci tip diabetli 30-40 yaş arası insanlar üçün risk ən yüksək idi.
Bu yüksək risk qrupunda ürək problemlərindən ölmə ehtimalı 20 dəfə çoxdur. Artıq çəki və ya oturaq həyat tərzi ilə əlaqəli olan 2-ci tip diabetli 30 yaşlı insanların ölmə ehtimalı təxminən altı dəfə çox idi. Mütəxəssislər deyirlər ki, tapıntılar gənc diabet xəstələrinin ürək problemləri üçün monitorinqinin vacibliyini göstərir.
Britaniya Ürək Fondunun məlumatına görə, İngiltərədə hər həftə 35 yaşdan kiçik 12 nəfər səbəbsiz ürək dayanmasından ölür.
Pərvanə Fərhadqızı