Xəbərlər 15.08.2024 15:42 2064

15 Avqust: Hindistan Müstəqillik Gününü qeyd edir

15 avqust tarixində Hindistan özünün Müstəqillik Gününü qeyd edir. Bu gün 1947-ci il tarixində Hindistan Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olub və müstəqilliyini elan edib. Lakin, ölkə 1950-ci ilədək Britaniya Birliyinin tərkibində qalmağa davam edib.

QHT.az xəbər verir ki, Hindistan, Cənubi Asiyanın ən böyük dövlətlərindən biridir və hal-hazırda inzibati olaraq 22 əyalət və 9 ittifaq ərazisindən ibarətdir. Müstəqillik Günü münasibətilə ölkə boyu müxtəlif tədbirlər, mərasimlər və bayramlar keçirilir. Bu gün, Hindistanın tarixində mühüm bir dönüm nöqtəsi olaraq qeyd edilir və ölkənin müstəqilliyi uğrunda apardığı mübarizəni yad edir.

Müstəqillik Günü münasibətilə dövlət rəhbərləri xalqı təbrik edir, milli bayram tədbirləri təşkil olunur və ölkənin müstəqillik mübarizəsi tarixindən danışılır. Bu xüsusi gün, Hindistanın müxtəlif mədəniyyətlərinin və etnik qruplarının birliyini və ölkənin inkişafını qeyd etmək üçün mühüm bir fürsətdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı