Xəbərlər 03.06.2025 12:35 100

Şəhid övladları Beynəlxalq Uşaq Yaradıcılıq Festivalı öncəsi Şuşa şəhərini gəziblər - VİDEO

Şəhid övladları Beynəlxalq Uşaq Yaradıcılıq Festivalı öncəsi tarixi və mədəniyyətlə zəngin Şuşa şəhərinə səfər ediblər. Tədbirin məqsədi uşaqlara Vətən sevgisini, milli-mənəvi dəyərləri aşılamaq, həmçinin onların yaradıcılıq potensialını artırmaqdır.

QHT.az xəbər verir ki, Festival ərəfəsində təşkil olunan bu səfər zamanı uşaqlar Şuşanın tarixi abidələri, memarlıq nümunələri ilə tanış olublar. Onlara Qarabağın mədəniyyətinin, zəngin tarixinin və şəhidlərimizin qəhrəmanlığının önəmi barədə ətraflı məlumat verilib. Uşaqlar həmçinin şəhərin gözəl təbiətindən zövq alıb, bir-biri ilə xoş vaxt keçiriblər. Festivalın təşkilatçıları belə tədbirlərin uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Səfər zamanı çəkilmiş videomaterialda uşaqların sevincli anları və Şuşanın gözəllikləri əks olunub.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı