Xəbərlər 03.06.2025 13:26 104

“Biz Qalib ölkənin uşaqlarıyıq" adlı tədbir keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü, Cəbrayıl Rayon İcra Hakimiyəti və Mədəniyyət nümayəndəliyinin dəstəyi ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş “Biz Qalib ölkənin uşaqlarıyıq" adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirin bədii hissəsində Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin şagirdlərindən ibarət "Mərcan" ansamblının hazırladığı konsert proqramı dinlənilib, uşaq bağçalarının balaca fidanları Vətənə, xalqa, anaya aid şeirlər söyləyib, mahnılar deyib, rəqs ediblər.

Tədbir çərçivəsində uşaq bağçalarının əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı