Xəbərlər 03.06.2025 17:20 122

Binəqədi gəncləri üçün məlumat sessiyası təşkil olunub - FOTOLAR

"İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə gənclər üçün hüquqi maarifləndirmə tədbiri həyata keçirib.

QHT.az xəbər verir ki, iyunun 3-də “Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda təşkil olunan məlumat sessiyasında 32 gənc iştirak edib. Tədbirin açılışında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevinc Süleymanova çıxış edərək, Hüquq və İnsan Haqları İnstitutunun bu sahədə həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib və insan hüquqlarının müdafiəsində hüquqi maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Sonra İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev iştirakçılara insan hüquqlarının müdafiəsi ilə bağlı son dövrlərdə ölkədə aparılan islahatlar və hüquqi bazanın inkişafı istiqamətində görülən işlər barədə təqdimat ediblər. Təqdimatda insan hüquqlarının müdafiəsi üzrə milli və beynəlxalq hüquq-müdafiə mexanizmləri, sosial, iqtisadi və mədəni hüquqlarla bağlı geniş məlumatlar yer alıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı