Xəbərlər 03.06.2025 17:53 1218

“Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi sosial layihənin icrasına başlayır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi “Aztəminatlı ailələrin məşğulluğunun və hüquqi, psixoloji, sosial-iqtisadi məsələlərin həllinə maarifləndirilməsi” adlı sosial layihənin icrasına başlayır.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi layihə çərçivəsində iştirakçı olanların hüquqi, psixoloji və sosial-iqtisadi bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin onların məşğulluq imkanlarını artırmaqdır.

Layihənin əsas fəaliyyətləri:

  • Hüquqi, psixoloji və sosial-iqtisadi mövzularda maarifləndirici sessiyaların təşkili;
  • hüquqi və psixoloji fərdi məsləhətlərin göstərilməsi;
  • İşəgötürmə sahəsində məsləhətlər və bacarıqların inkişafına yönəlmiş təlimlər
  • Ailələrin dövlət və sosial xidmətlərə çıxış imkanlarının mövcudluğu.

Layihə 01iyun 2025-ci il tarixindən 31 avqust 2025-ci il tarixindən etibarən davam edəcək və Bakı şəhərinin sosial zəiflik zonasında inkişafa səbəb olacaq. Seçim əsas psixoloji qruplarda yaşayan ailələrin hüquqi maariflənməyə, dayanıqlığa və sosial qrupa ciddi ehtiyacın olmasıdır.

Hədəf qruplar:

  • Aztəminatlı ailələr;
  • Sosial təhlükəli şəraitdə yaşayan qadınlar;
  • İşsizlikdən əziyyət çəkən gənclər;
  • Çətin sosial şəraitdə yaşayan uşaqlar və yeniyetmələr.

 Layihə gender bərabərliyi prinsiplərinə uyğun olaraq qadın və kişilərin iştirakını və faydalanmasını təmin edəcək. Layihənin icrasında Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhərinin rayonları  üzrə İcra Hakimiyytələri, Dövlət Məşğulluq Agentliyi, KOBİA, digər yerli qurumlar və QHT-lərlə əməkdaşlıq qurulacaqdır.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı