Xəbərlər 03.06.2025 10:10 99

Dost TV-də: Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə rezervasiyası / VİDEO

30 may 2025-ci il tarixində yayımlanan “Dayaq nöqtəsi” verlişində aparıcı İsmayıl Balcanov əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə rezervasiyası mövzusunu müzakirəyə çıxarıb.

QHT.az xəbər verir ki, verlişin qonaqları Şağan Reabilitasiya Pansionatının direktoru Təranə QuliyevaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva olub.

Təranə Quliyeva Şağan Reabilitasiya Pansionatının yaranma tarixindən və fəaliyyətindən danışaraq, burada əlilliyi olan şəxslərin keyfiyyətli reabilitasiyası üçün yaradılan şərait və komandanın peşəkarlığı barədə məlumat verib.

Zülfiyyə Nuriyeva isə bildirib ki, QHT-lər vətəndaş cəmiyyəti olaraq nazirlik və digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir, təşkil edilən infoturlar vasitəsilə prosesləri izləyir və ictimaiyyətə çatdırırlar:

"Əlilliyin yaranması şəraiti müxtəlif ola bilər və heç kim bu vəziyyətdən sığortalanmayıb. Reabilitasiya prosesində əsas rol oynayan isə burada çalışan peşəkar komandadır. İnsanın beyni nə qədər sağlamdırsa, onun cəmiyyətə inteqrasiyası da o qədər sürətli və effektiv olur. Reabilitasiya mərkəzlərində çalışan komandaların fədakarlığı nəticəsində, bəzən reabilitasiya keçmək istəməyən şəxslər belə bu prosesə cəlb olunur və müsbət nəticələr əldə edilir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı