Xəbərlər 25.06.2024 17:48 950

Deputat: "Horadiz şəhərində sakinlərin müraciətlərini dinlədik"

"Növbəti görüşümüz Füzuli rayonunun Horadiz şəhərində müraciət edən sakinlərlə baş tutdu. Görüş zamanı seçicilərimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri mənzil təminatı, məşğulluq, ev təmiri, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti, sosial təminat və digər mövzuları əhatə edirdi".

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq: "Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı