Xəbərlər 13.06.2024 01:40 1008

Alpinist 30 mərtəbəli binanı mühafizəsiz qalxıb, sakinlərini şoka salıb

Buenos-Ayresdə bir kişi qoruyucu vasitələr olmadan 30 mərtəbəli binaya dırmaşarkən görüntülənib.

QHT.az xəbər verir ki, özünü polşalı alpinist Martin Benoit kimi təqdim edən şəxs təəccüblənən yerli sakinlərin gözü qarşısında 125 metrlik binanın zirvəsinə qalxmağa cəhd edib.

Hadisə ilə əlaqədar əraziyə polis, yanğınsöndürmə və xilasetmə qrupları göndərilib. Argentina milli futbol komandasının forması geyinən alpinist xilasedicilər tərəfindən qarşısını alıb və onu kəmərə bağlayaraq aşağı endirib. Alpinist polis nəzarətinə götürülüb.
 
Pərvanə Fərhadqızı

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı