Xəbərlər 28.06.2024 12:14 2444

QHT sədrinin oğlu Ankara Universitetindən Fərqlənmə Diplomla məzun olub - FOTOLAR

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynlinin oğlu Kamran Hüseynli, Ankara Universitetinin Tibb fakültəsindən Onur (fəqrlənmə) diplomla məzun olub. Kamran, orta məktəb illərindən etibarən nailiyyətləri ilə ailəsini və dostlarını sevindirən gənc bir istedaddır. Orta təhsilini TDV BTL-dən qızıl medalla başa vurub, 9, 10 və 11-ci siniflərdə Respublika Fənn Olimpiadalarında bürünc və qızıl medallara layiq görülüb.

Kamranın təhsil yolu hər zaman uğurlu olub və onun gələcəkdə vətənimizə və bəşəriyyətə faydalı bir doktor olacağına əminik. Kamran Hüseynlini bu böyük nailiyyəti münasibətilə ürəkdən təbrik edirik və ona gələcək həyatında və peşə fəaliyyətində uğurlar arzulayırıq.

QHT.az Kamran Hüseynlini, Ankara Universitetinin Tibb fakültəsindən Onur (fərqlənmə) diplomla məzun olması münasibətilə təbrik edir. Təhsil həyatında göstərdiyi uğurlar və gələcəkdə vətənimizə və bəşəriyyətə faydalı olacağına dair inamımız sonsuzdur. Yolun açıq olsun, Kamran!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı