Xəbərlər 27.06.2024 00:35 5260

 "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsi Ağdaş şəhərində keçirilib - FOTOLAR

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 24 iyun 2024-cü il tarixində Ağdaş şəhərində olub.

QHT.az xəbər verir ki, layihənin icrasına hazırlıq məqsədilə Ağdaş rayon İcra hakimiyyətinin nümayəndələri, Ağdaşda Təhsil sektorunun rəhbərliyi ilə görüş-məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 25 iyun 2024-ci il tarixdə Ağdaş şəhəri Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə rayonun 6 nümunəvi müəllimləri ilə görüş keçirilib. Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov, rayonun fəal müəllimləri iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 25 iyun 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.

Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir.

Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir. 

Layihə üzrə növbəti səfər Göyçay şəhərinə olacaqdır.

QHT layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşları olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Ağdaş rayon İcra Hakimiyyətinə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimova, Ağdaş rayon Təhsil sektorunun rəhbərli Rahim Məmmədova və əziz müəllimlərə minnətdarlığını bildirib.

Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) [email protected] emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı