Xəbərlər 28.06.2024 12:45 3202

"Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi" layihəsi Sumqayıtda davam edir –  FOTOLAR /VİDEOLAR

Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi" layihəsini həyata keçirir. Layihə çərçivəsində Sumqayıt şəhərində müxtəlif peşə kursları davam edir.

QHT.az xəbər verir ki, dekorativ-tətbiqi sənət üzrə təlimçi Samirə Bayramovanın rəhbərliyi ilə keçirilən təlimlərdə gənclər əl işləri hazırlamaq, rəsm çəkmək və digər tətbiqi sənət növlərini öyrənirlər. Təlimlər zamanı gənclər həm yeni bacarıqlar qazanır, həm də öz yaradıcılıqlarını inkişaf etdirirlər.

Qeyd edək ki, layihənin məqsədi əlilliyi olan gənclərin peşə bacarıqlarını artırmaq, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və məşğulluqlarını təmin etməkdir. Peşə kurslarında iştirak edən gənclər gələcəkdə öz sənət əsərlərini sərgiləmək və satışa çıxarmaq imkanı əldə edəcəklər.

 

 

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı