Xəbərlər 10.06.2024 09:43 7917

Manşet.az xəbər portalı 3 yaşını qeyd edir

Bu gün Manşet.az xəbər portalının 3 yaşı tamam olur. 

Xəbər portalı 2021-ci il iyunun 10-dan fəaliyyətə başlayıb və qısa müddət ərzində populyarlıq qazanıb.

Sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri və hadisələri oxuculara təqdim edir. Manset.az-ın fəaliyyəti qısa bir zamanı əhatə etsə də, əslində, sayt ölkənin ən aparıcı xəbər portalları ilə rəqabət aparmaq imkanlarına malikdir.

Saytın təsisçiləri Famil Fərhadoğlu və Əli Vəliyevdir.

Saytda siyasət, iqtisadiyyat, mədəniyyət, idman bölmələri fəaliyyət göstərir. Gündəmin nəbzini tutan Manşet.az tək Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz tərəfindən də izlənilir və sevilir.

QHT.az olaraq həmkarlarımızı təbrik edir və uğurlar arzulayırıq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı