Xəbərlər 21.06.2024 18:45 3281

QHT "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsini Qazax şəhərində davam etdirib- FOTOLAR

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 20 iyun 2024-cü il tarixində Qazax şəhərində olub.

QHT.az xəbər verir ki, layihənin icrasına hazırlıq məqsədilə rayon İcra hakimiyyətinin nümayəndələri, Şəmkirdə Qazax-Tovuz Regional Təhsil İdarəsi, Qazaxda Təhsil sektorunun rəhbərliyi ilə görüş-məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 21 iyun 2024-ci il tarixdə Qazax şəhəri Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə rayonun 10-dan çox nümunəvi müəllimləri ilə görüş keçirilib. Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov, Təhsil sektorunun nümayəndəsi Məhəmməd Cəfərov, Qazax şəhəri Səməd Vurğun adına 2 saylı tam orta məktəbin direktoru Könül Kərimova və fəal müəllimlər iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 21 iyun 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.

Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir. Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir. Layihə üzrə növbəti səfər Ağdaş şəhərinə olacaqdır.

Təşkilat layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Qazax rayon İcra Hakimiyyətinə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbəri Arslan Hacıyevə, müavini Nizaməddin Babanlıya, Qazax rayon Təhsil sektorunun rəhbərliyinə və müəllimlərə minnətdarlığını bildirib.

Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) [email protected] emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı