Xəbərlər 24.06.2024 08:37 965

Deputat: Təhsilverənlərin sertifikatlaşdırma prosesində əməkhaqqı artımı müzakirə edildi

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanının ikinci günü keçirildi. Bakı şəhəri 161 nömrəli məktəbdə təşkil olunan mediaturda Elm və Təhsil Nazirliyinin rəsmiləri və ictimai şura üzvləri iştirak etdilər.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, imtahanların ikinci günündə ingilis dili müəllimləri iştirak edirdi və 9797 müəllim dəvət olunub: "Sertifikatlaşdırmada uğur qazanan müəllimlərin əməkhaqqısına 10 və ya 35 faiz əlavələr tətbiq olunur. İndiyədək 40 600 müəllimdən 35 600-ü maaş artımı alıb. Müzakirələr zamanı əmək haqqı artımının təkmilləşdirilməsi və imtahan nəticələrinin keyfiyyət meyarlarına əsaslanması təklif edildi. Proses şəffaf və açıq şəkildə təşkil olunub".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı