Xəbərlər 27.06.2024 13:13 1359

“Xankəndidə quruculuq və bərpa” mövzusunda layihə Bərdə şəhərində uğurla icra edilir - FOTOLAR

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndidə quruculuq və bərpa” mövzusunda növbəti layihəni uğurla icra edir. Bu layihə çərçivəsində Bərdə şəhərində məskunlaşan keçmiş məcburi köçkünlərlə görüşlər keçirilir. Görüşlərin əsas məqsədi “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın səmərəli icrasının təmin edilməsi və köçkünlərin problemlərinin həlli istiqamətində müzakirələrin aparılmasıdır.

QHT.az xəbər verir ki, layihə çərçivəsində təşkil olunan görüşlərdə məcburi köçkünlərin problemləri dinlənilir və onların qayıdış prosesində qarşılaşdıqları çətinliklər müzakirə olunur. Həmçinin, köçkünlərə dövlət proqramının tələbləri və imkanları haqqında məlumat verilir, onların inteqrasiyası və sosial adaptasiyası üçün nəzərdə tutulan tədbirlər barədə geniş məlumatlandırma aparılır.

Layihə iştirakçıları arasında yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sosial işçilər və müvafiq dövlət qurumlarının əməkdaşları da yer alır. Görüşlərdə köçkünlərin məşğulluq, təhsil, sağlamlıq və sosial təminat məsələləri üzrə sualları cavablandırılır və onların problemlərinin həlli üçün zəruri addımlar atılır.

Qeyd edək ki, bu cür layihələrin həyata keçirilməsi keçmiş məcburi köçkünlərin yeni həyatlarına adaptasiya olunmasına və onların səmərəli şəkildə cəmiyyətə inteqrasiya olunmasına kömək edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı