Xəbərlər 28.06.2024 22:16 2042

UNEC-də Məzun günü keçirilir

Azərbaycan İqtisadiyyat Universitetində Məzun Günü keçirilir.

QHT.az xəbər verir ki, Azərbaycan İqtisadiyyat Universiteti (UNEC) 2024-cü il məzunlarını təntənəli mərasimlə yola salır. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, valideynlər və digər qonaqlar iştirak edirdi. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. UNEC rektoru, professor Ədalət Muradov açılış nitqi ilə çıxış edərək məzunları təbrik etdi və onların əldə etdikləri uğurların gələcəkdə də davam etməsi arzusu ilə bağlı təbriklərini çatdırdı. O, həmçinin UNEC-in təhsildə əldə etdiyi nailiyyətlərdən və universitetin beynəlxalq aləmdə qazandığı nüfuzdan bəhs etdi.

Mərasimdə çıxış edən məzunlar universitetdə keçirdikləri illəri xatırlayaraq, müəllimlərə və ailələrinə təşəkkürlərini bildirdilər. Məzun günü çərçivəsində müxtəlif fakültələrin tələbələrinə diplomlar təqdim olundu. Hər bir məzun xüsusi sertifikat və xatirə hədiyyələri ilə təltif edildi. Mərasim rəsmi hissənin sonunda məzunların ənənəvi olaraq kütləvi şəkildə papaqlarını havaya atıblar. Bu an tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılandı.

QHT.az Azərbaycan İqtisadiyyat Universiteti məzunlarını yeni həyatda uğurlar və onların gələcək karyeralarında müvəffəqiyyətlər qazanacağını arzulayır.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı