Xəbərlər 28.06.2024 16:25 2297

TƏBİB-də 2024-cü ilin 5 ayı ərzində müraciətlərə dair məlumatlar paylaşılıb

QHT.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə müraciətlərin qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alındığını bildirib. O, TƏBİB-ə müraciət etmək yollarını izah edib: "Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi (815) ilə əlaqə saxlaya, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər”.

TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov vətəndaşların müraciət qaydası və prosesi barədə iştirakçıları məlumatlandırıb: “2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub. Onlardan 6 690-ı ərizə, 5 110-u şikayət, 19-u təklifdən ibarət olub. Digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202 qeydə alınıb. Kollektiv daxil olan müraciətlərin sayı isə 189 olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciət sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib”.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı