Xəbərlər 28.06.2024 16:41 3117

Mediatorlar Şimali Kipr Türk Cümhuriyyətinin Baş prokuroru Sarper Altınoku ziyarət edib - FOTOLAR

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyətinin Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Şimali Kipr Türk Cümhuriyyətinə səfəri zamanı Baş prokuror Sarper Altınok tərəfindən qəbul edilib.

QHT.az xəbər verir ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində mediatorlar Orxan Mahmudov, Venera Əsgərova, Raul İsmayılov, Ramiz Kərimov, Venera Əsgərova, Türkiyədən olan nümayəndə heyətinin tərkibində isə Türk Dünyası Arabulucular Birliyi İdarə Heyətinin sədri Yakup Erikel, vəkil-mediatorlar Yusuf Gözel, Saliha Sasa, Pervin Yıldız və Sibel Öztürk iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasında keçirilən mediasiya islahatları, Türkiyə Cümhuriyyəti mediatorlarının iş prinsipləri, Şimali Kipr Türk Cümhuriyyətində mediasiya sahəsinin yaradılması və iki ölkənin təcrübə proqramı ilə inkişaf yolları müzakirə edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı