Xəbərlər 13.06.2024 11:54 3049

Mediasiya Şurasının rəhbərliyi Gəncə şəhərində fəaliyyət göstərən mediasiya təşkilatlarının fəaliyyəti ilə tanış olub - FOTOLAR

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitənin üzvü Tural Məmmədov Gəncə 1 saylı ve Gəncə 2 saylı mediasiya təşkilatını ziyarət edib, mediasiya təşkilatları ilə əməkdaşlıq edən mediatorlarla geniş fikir mübadiləsi aparılıb.

QHT.az xəbər verir ki, Nadir Adilov mediasiya sahəsinin qısa zaman içində əldə etdiyi uğur və qət etdiyi yolun əhəmiyyətini vurğulayıb, barışıq sazişlərinin keyfiyyətli məzmunu barədə məlumat verib və mediasiya təşkilatına gələcək fəaliyyətində uğur və yeni nailiyyətlər arzulayıb.

Görüş zamanı Gəncə 1 saylı Mediasiya Təşkilatının rəhbəri Südabə Məmmədova mediasiya təşkilatının iş prinsipi, fəaliyyət planı, gələcək hədəf və istiqamətləri barədə məlumat verib.

Gəncə 2 saylı Mediasiya Təşkilatının rəhbəri Anar Abdullayev müzakirələrdə təşkilatın marketinq fəaliyyəti, uğurlu barışıq sazişlərinin keyfiyyət göstəriciləri və vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər barədə geniş məlumat verib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı