Xəbərlər 28.06.2024 13:47 1779

Slovakiyada qatar avtobusla toqquşub: 7 nəfər həlak olub

Slovakiyanın Nove Zamki şəhəri yaxınlığında sərnişin qatarı avtobusla toqquşub. Hadisə nəticəsində azı 7 nəfər həlak olub, 5 nəfər yaralanıb. Xilasetmə xidmətlərinin sözçüsü Petra Klimesova, ölənlərin sayının arta biləcəyini bildirib.

QHT.az xəbər verir ki, qəza cümə axşamı saat 17:00 radələrində baş verib. Praqadan Budapeştə gedən EuroCity 279 beynəlxalq ekspress qatarı və Arriva avtobusu toqquşub. Avtobus iki hissəyə bölünüb və qatar bir hissəsini bir neçə metr sürükləyib. Qəza nəticəsində qatarın lokomotivi yanıb, maşinist xəsarət alıb. Qatardakı 100-200 sərnişin arasında ciddi xəsarət alan olmayıb.

Hadisə yerinə beş təcili yardım maşını və üç xilasedici helikopter cəlb edilib. Toqquşma maneələr və işıq siqnalı ilə qorunan, amma fırtına səbəbindən zədələnmiş dəmiryol keçidində baş verib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı