Xəbərlər 23.05.2024 00:05 3855

SON DƏQİQƏ: 2 ailə arasında dava: Yaralılar var

İddiaya görə, İstanbulda iki ailə arasında düşmənçiliklə dava çıxıb.

QHT.az xəbər verir ki, hadisə yerinə gedən polis qrupları, öz aralarında dalaşan qrupa müdaxilə edib.

Tərəflər polisin xəbərdarlığına məhəl qoymayaraq davanı davam etdiriblər. Polis qrupları havaya xəbərdarlıq atəşi açaraq tərəfləri ayırıb.

Polis qruplarının müdaxiləsi zamanı 4 polis məmuru və 1 məhəllə gözətçisi yüngül şəkildə yaralanıb. Yaralı polis məmurları və məhəllə gözətçisi müayinə olunmaq üçün xəstəxanaya aparılıb.

Polis qrupları davaya qarışan T.G., C.G., M.İ. ,MG. və Y.Y saxlanılıb. Saxlanılan şəxslər sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı