Xəbərlər 30.11.2023 13:51 2155

Dəyişikliklər hərbiçilərin pensiya məbləğinə necə təsir göstərəcək? Ekspertin cavabı

“Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarında müzakirə edilən dəyişikliklər ilə bağlı çoxsaylı suallar olur.

QHT.az həmin suallara cavab olaraq iqtisadçı ekspert Vüqar Bayramovun fikirlərini qeyd edir. Ekspert bildirib ki, yeni dəyişikliklər hərbiçilərimizin pensiya məbləğlərində artımlara səbəb olacaq: "Layihəyə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılacaq. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər mövcud qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı