Xəbərlər 28.04.2025 11:07 52

“Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilir

Bu gün Bakı şəhərində Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilir.

QHT.az xəbər verir ki, konfransda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası birgə təşkilatçılığı ilə əmək münasibətlərində rəqəmsallaşmanın və süni intellektin təsiri müzakirə olunur.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Açılış nitqləri ilə çıxış edənlər arasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Beynəlxalq Əmək Təşkilatının bir sıra nümayəndələri yer alıb.

"Süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi" mövzusu ilə bağlı videoçarx təqdim olundu. 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı