Şəhid övladlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bir qrup şəhid övladının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Uşaqlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, kitablar, eləcə də müxtəlif eksponatlarla tanış edilib.
Ekskursiya çərçivəsində uşaqlar Mərkəzdə Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, tükənməz təbii sərvətlərini əks etdirən sərgi ilə də tanış olublar.